Dünən ölkə ərazisində 16 kiloqramdan çox narkotik aşkarlanıb

26 İyun 2024 10:41 (UTC+04:00)

Polis əməkdaşları ötən gün ölkə ərazisində 16 kiloqramdan çox narkotik aşkarlayıblar. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyat tədbirləri ilə iyunun 25-də ümumi çəkisi 16,4 kiloqrama yaxın narkotik, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 143 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Bu istiqamətdə mübarizə tədbirləri davam etdirilir.