Nazir Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

26 İyun 2024 09:29 (UTC+04:00)

İqtisadiyyat naziri Mikayıl Cabbarov Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib. SİA xəbər verir ki, nazir bununla bağlı "X" hesabında qeyd edib:

"Əziz hərbçilərimiz, Silahlı Qüvvələr Günü münasibətilə hər birinizi təbrik edir, möhkəm cansağlığı, ruh yüksəkliyi, məsuliyyətli və şərəfli işinizdə uğurlar arzulayırıq. Şanlı Ordumuzun vətənpərvərliyi və mərdliyi ilə qürur duyuruq. Vətən naminə canından keçmiş bütün şəhidlərimizin xatirəsini ehtiramla yad edirik".