Leysan yağışları Qəbələdə güclü fəsadlar törədib

26 İyun 2024 09:15 (UTC+04:00)

Səhər saatlarından başlayaraq güclü leysan yağışları Qəbələdə fəsadlar törədib. SİA xəbər verir ki, küləklə müşayət olunan leysan yağışları nəticəsində bir çox küçələri sel suları dağıdıb, ağaclar aşıb, hələ də rayonda elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Qəbələ Şəki avtomobil yolunda külək nəticəsində bir çox ağac aşaraq yolun müvəqqəti bağlamasına səbəb olub.

Hazırda ərazidə işlər aparılır.