Piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

26 İyun 2024 09:00 (UTC+04:00)

Abşeron rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, Xırdalan şəhərində yolu keçən 1987-ci il təvəllüdlü Kərimova Aytən Balakişi qızını avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.