Kral III Çarlzın bacısı yaddaşını itirib

26 İyun 2024 03:39 (UTC+04:00)

Böyük Britaniya Kralı III Çarlzın bacısı Şahzadə Anna beyin silkələnməsi səbəbindən yaddaşını qismən itirib. SİA xəbər verir ki, məlumata görə, həkimlər şahzadənin at çaparkən zədə aldığını təxmin edirlər. Hazırda 73 yaşlı Anna nə baş verdiyini xatırlaya bilmir, lakin həkimlərin qənaətinə görə, yaddaş itkisi, çox güman ki, müvəqqəti olacaq.

Qeyd edək ki, şahzadə dünən İngiltərənin qərbindəki "Qatkomb Park"da beyin silkələnməsi keçirib. O, tam sağalana qədər Bristoldakı Sautmid xəstəxanasında qalacaq.