Naxçıvanın dağ kəndlərində güclü yağış və sel fəsadlar törədib

25 İyun 2024 20:58 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasının dağlıq və dağətəyi bölgələrində qeyri-sabit hava şəraiti hökm sürür.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, güclü yağış və sel Şahbuz rayonunda dağıntı və fəsadlar törədib. Rayonun Ayrınc və Kükü kəndlərinə gedən yollar keçilməz hala düşüb.