17 saylı poliklinikada ərazi partiya təşkilatı təsis edilib - FOTOLAR

25 İyun 2024 18:15 (UTC+04:00)

25.06.2024- cü il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının Türkan qəsəbəsində yerləşən 17 saylı poliklinikada ərazi partiya təşkilatı təsis edilib. SİA xəbər verir ki, təsis konfransında çıxış edən poliklinikanın direktor müavini Mətanət Əliyeva, YAP Xəzər rayon təşkilatının məsləhətçisi Siyasət Həsənov partiyanın Yeni Azərbaycan Partiyasının ümumxalq partiyası kimi Azərbaycan dövlətinin və xalqının həyatında mühüm əhəmiyyətli rol oynadığından bəhs ediblər. Bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir.Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirmiş və özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltmişdir.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Kazımova Pərvanə ərazi partiya təşkilatının sədri, Rzayeva Mələk isə sədr müavini seçiliblər.