Ordubada dolu yağıb

25 İyun 2024 16:15 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun dağlıq kəndlərinə dolu yağıb. SİA-nın Naxçıvan bürosu xəbər verir ki, dolu daha çox rayonun Bist kəndinə düşüb.

Hazırda qeyri-sabit hava şəraiti davam edir.