“Vikipediya”nın Türk dili seqmentində Azərbaycana dair bölmələrin yaradılmasına başlanılıb

25 İyun 2024 13:33 (UTC+04:00)

“Vikipediya” elektron ensiklopediyasının Türk dili seqmentində Azərbaycana dair yeni bölmələrin yaradılması, habelə mövcud bölmələrin zənginləşdirilməsinə start verilib. SİA xəbər verir ki, Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ilə qardaş ölkədə təhsil alan bir qrup gəncimizin iştirakı ilə keçirilən görüş zamanı bu mövzu geniş müzakirə olunub.

Azərbaycanlı tələbələrdən ibarət “Vikipediya” Könüllüləri Qrupu təsis edilərək, müvafiq onlayn təlimlər təşkil edilib.

“AMEA Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” Metodik Mərkəzinin mütəxəssisi tərəfindən aparılan təlimlərdə elektron ensiklopediyadan istifadə qaydaları, qeydiyyatdan keçmə, məqalə yaradılması, mətnlərin adlandırılması, mövcud məqalələrin zənginləşdirilməsi, “Vikipediya”ya mənbələrin əlavə edilməsi ilə bağlı məlumat verilib.

Türk dili seqmenti üzrə Azərbaycana dair “Vikipediya” Beynəlxalq Elektron Ensiklopediyasında bölmələrin yaradılmasına və mövcud bölmələrin, məqalələrin zənginləşdirilməsi işinə başlanıb.

İlkin olaraq materialların Türk dilinə tərcüməsi, redaktəsi və yaradılmış bölmələrə, məqlələrə əlavə edilməsi həyata keçirilir.