Mərkəzi Elmi Kitabxanada “Açıq qapı” günləri keçiriləcək

25 İyun 2024 13:31 (UTC+04:00)

İyulun 1-2-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) növbəti “Açıq qapı” günləri keçiriləcək. SİA xəbər verir ki, MEK-də kitabsevərlər Azərbaycanın zəngin mədəni irsinin mühafizə olunduğu MEK-də oxucular üçün yaradılmış şəraitlə, zəngin kitab fondu, elektron kataloq, kitabxana sistemləri, sərgilər və digər göstərilən xidmətlərlə yaxından tanışlıq imkanı əldə edəcəklər.

“Açıq qapı” günləri 1-2 iyul saat 10:00-dan 18:00-dək davam edəcək. Giriş sərbəstdir.

MEK-ə yaxınlaşan ziyarətçilərin şəxsiyyətlərini təsdiq edən hansısa bir sənədin üzərlərində olması mütləqdir.