Bugünkü hərracda bankların dollar tələbi 87 milyondan çox olub

25 İyun 2024 13:06 (UTC+04:00)

İyunun 25-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. SİA xəbər verir ki, hərracda tələb 87,8 milyon dollar təşkil edib və tam təmin olunub.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.