Qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində qanunvericilik təkmilləşdirilir

25 İyun 2024 12:52 (UTC+04:00)

Azərbaycanda qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində qanunvericilik təkmilləşdirilir. SİA xəbər verir ki, bu məsələ parlamentin iyunun 25-də keçirilən plenar iclasında müzakirəyə çıxarılmış Ailə Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb.

Təqdim olunan qanun layihəsi qanunsuz miqrantların müəyyən edilməsi və qanunsuz miqrasiyanın qarşısının alınması, o cümlədən miqrasiya qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması məqsədilə hazırlanıb.

Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.