Məktəbəqədər təhsilin əhatə dairəsi genişlənir

25 İyun 2024 12:45 (UTC+04:00)

2023-2024-cü tədris ilində BŞTİ-nin tabeliyindəki 339 məktəbəqədər təhsil müəssisəsinə 36 min 361 uşaq cəlb olunub. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən SİA-ya bildirilib ki, paytaxtın Ramana qəsəbəsində 347 nömrəli uşaq bağçası və Xocəsən qəsəbəsində 348 nömrəli uşaq bağçası yaradılıb və həmin bağçalara uşaqların qeydiyyatı həyata keçirilib.