BŞTİ-nin tabeliyində 691 təhsil müəssisəsi fəaliyyət göstərir

25 İyun 2024 12:44 (UTC+04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 691 təhsil müəssisəsi fəaliyyət göstərir. BŞTİ-dən SİA-ya bildirilib ki, idarənin tabeliyindəki məktəblərdə 505 min 389 şagirdin təlim-tərbiyəsi ilə 29 min 767 müəllim məşğul olub.

Təhsil İdarəsinin tabeliyindəki məktəblərin I siniflərini 42 min 70, IX siniflərini 43 min 664, XI siniflərini 28 993, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 125 nəfər bitirib.