“İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Qanuna dəyişiklik təsdiqlənib

25 İyun 2024 12:06 (UTC+04:00)

“İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda təsdiq edilib. SİA xəbər verir ki, qanun layihəsi parlamentin iyunun 25-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

“İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində işsizlikdən sığorta haqları üzrə daxilolmaların 4 milyon 700 min manat artırılaraq 179 milyon 976 min 800 manatdan 184 milyon 676 min 800 manata çatdırılması təklif olunur. Artım qeyri-büdcə sektoru üzrə sığorta haqları hesabına baş verəcək.