"Neftçi"nin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib, sədr açıqlanıb

25 İyun 2024 10:51 (UTC+04:00)

"Neftçi" Peşəkar Futbol Klubunun Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib. SİA xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Müşahidə Şurasının sədri Hafiz Zeynalov, üzvləri isə Emin Əmrullayev, Orxan Sultanov, Fərid Hacıyev, Emil Alxaslı, Bəxtiyar Aslanbəyli və Afaq Məmmədova seçilib.