Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub

25 İyun 2024 10:12 (UTC+04:00)

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. SİA xəbər verir ki, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.

Elvin Qasımov idarə etdiyi "Ravon Nexia" markalı avtomobillə yolu keçən piyada Qabil Kərimovu vurub.

Piyada xəstəxanaya yerləşdirilib lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.