Yaponiyada humanoid robot maşın sürür, özü də...

24 İyun 2024 23:44 (UTC+04:00)

Avtonom idarəetmə adətən özü idarə olunan avtomobillərlə əlaqələndirilir, lakin insanabənzər robot sürücülərindən istifadəni nəzərdə tutan alternativ yanaşma var.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “nplus1.ru” yazır.

Bu metodun bir sıra üstünlükləri var, çünki onlar potensial olaraq ağır əşyaları daşımaq, ev işləri görmək və yaşlılara kömək etmək kimi digər vəzifələri yerinə yetirə bilərlər.

Yapon mühəndisləri eksperimentlər apararaq dayaq-hərəkət bədən quruluşuna malik Musaşi robotuna kiçik bir nəfərlik Toyota COMS avtomobilini idarə etməyi öyrədiblər.

Robot heç bir əlavə qurğu olmadan sürücünün oturacağında əyləşib və hər iki əli ilə sükanı fırladıb, qaz və əyləc pedallarına basıb, müəyyən edilmiş sürəti 5 km/saat qədər sürətləndirib və hətta piyadalar peyda olanda əyləc edə bilib. O, işıqfor və digər avtomobillərə də vaxtında cavab verib. Gələcəkdə mühəndislər robota müstəqil olaraq avtomobilə minməyi və marşrut qurmağı öyrətmək istəyirlər.

Əli Babayev