Prezident jurnalisti təltif etdi

24 İyun 2024 21:40 (UTC+04:00)

Prezident İlham Əliyev iyunun 24-də dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Təltif olunanlar arasında jurnalist, Azərbaycan parlamentinin rəsmi orqanı olan “Milli Məclis” analitik informasiya jurnalının redaktoru Qərənfil Mansurova da var.
O, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Qeyd edək ki, Qərənfil Mansurova Milli Məclis Aparatının baş məsləhətçisi, "Milli Məclis" jurnalının redaktorudur.