Ukrayna ilə sülh təşəbbüsləri Belarusda yüksək qiymətləndirilib

24 İyun 2024 20:08 (UTC+04:00)

Rusiya Belarusla birlikdə Ukraynadakı münaqişənin həlli üçün real sülh təşəbbüsləri təklif edir.

SİA BELTA-ya istinadən xəbər verir ki, bunu Belarusun xarici işlər naziri Sergey Aleynik bildirib.

...Biz Ukrayna böhranının sülh yolu ilə həlli üçün real təşəbbüslər təklif edirik.

Qeyd edək ki, o bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı qeyd edib.

Eyni zamanda, Rusiya və Belarus beynəlxalq vəziyyəti normallaşdırmağa, ayrı-seçkiliyə yol verməyən və bərabərhüquqlu əməkdaşlıq formatlarını təklif etməyə yönəlib,

Bunu Belarus nazir bildirib.

Xüsusilə, Moskva və Minsk Böyük Avrasiyada yeni təhlükəsizlik sisteminin qurulmasında maraqlıdır. Bu münasibətlə Aleynik və Lavrov beynəlxalq təşkilatların rəhbərlərinə məktub hazırlayıblar.

Yeri gəlmişkən Sergey Lavrov bu gün Minskə səfər edib. Onun Sergey Aleyniklə görüşdən əlavə, Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışıqlar da planlaşdırılır.

Əli Babayev