Ukraynada 3 hərbi maşın yandırılıb

24 İyun 2024 19:26 (UTC+04:00)

Ukraynada 3 hərbi maşın yandırılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Strana” teleqram kanalı bildirib.

Qeyd edək ki, yerli jurnalistlər bunu hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən bəyan ediblər.

Xatırladaq ki, bir gün əvvəl nəşr naməlum şəxslərin Kiyev və Poltava vilayətlərində hərbi maşınları məhv etdiyini bildirmişdi.

Bu gün Odessa, Nikolayev və Kamenskidə avtomobillərə ziyan dəyib.

Ukrayna mediası yanğının səhvən baş verdiyini iddia edir. Avtomobillər hərbi komissarlıq işçilərinin daşıma vasitəsi ilə səhv salınıb.

Sosial şəbəkələrdə tez-tez MTK nümayəndələrinin insanları tutub, döyərək mikroavtobuslarda naməlum istiqamətə zorla aparması ilə bağlı videolar yayılır.

Onu da xatırladaq ki, mayın 18-də Ukraynada səfərbərliyin gücləndirilməsi haqqında qanun qüvvəyə minib. Hərbi xidmətə cəlb olunan bütün şəxslər iyulun 17-dək hərbi komissarlıqda məlumatlarını yeniləməlidirlər.

Əli Babayev