“Dövlətimiz kənd təsərrüfatının inkişafı üçün kifayət qədər dəstək göstərir“ - DEPUTAT DANIŞDI

24 İyun 2024 17:20 (UTC+04:00)

“Dünyada bəzi ölkələr kənd təsərrüfatı sahəsində böyük uğur qazanmışdır. Həmin ölkələr istehsal etdiyi kənd təsərrüfatı məhsulları ilə həm daxili təlabatı ödəyir, həm də böyük həcimlərdə ixrac edərək gəlir əldə edə bilirlər. Bizim ölkəmiz də həmişə kənd təsərrüfatı təyinatlı məhsulları istehsal etmişdir. Sovetləır dövründə planlı iqtisadiyyat olduğundan hansı regionda nə istehsal olunmalı olduğunu qabaqcadan müəyyənləşdirlirdi. Yəni, dövlət sifarişi əsasında məhsul istehsal olunurdu. Ona görə də daxili təminatda çətinlik olmurdu. Belə ki, Azərbaycanda istehsal olunmayan bəzi məhsullar digər ittifaq respublikalardan idxal olunmaqla əhalinin təlabatı ödənilirdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputat bildirib ki, müstəqilliyimizə qovuşduqdan sonra ölkəmiz bazar iqtisadiyyatına daxil olmuşdur. Bazar iqtisadiyyatında istehsalı bazar müəyyənləşdirir. Yəni artıq dövlət sifarişi yoxdur. Bu da bir ildə qıt olan məhsulların gələn ildə kütləvi əkilməsinə və sonradan fermerlərin ziyana düşməsinə gətirib çıxarır. Məsələn iki il əvvəl soğan və ya kələmin qiyməti nisbətən yüksək olduğuna görə keçən il fermerlər kütləvi şəkildə bu məhsulları əkdi. Bu da bazarda təklifin təlabatı bir neçə dəfə üstələməsinə və malların qiymətinin kəskin ucuzlaşmasına gətirib çıxardı. Belə halların baş verməməsi üçün ölkə üzrə tələbata uyğun hər bir malın statistikası qabaqcadan müəyyənləşməlidir. DAİM-lar tərəfindən yerlərdə fermerləri məhsul əkini ilə bağlı maarifləndirməli və hansı mallara nə qədər təalabat olacağı ilə proqnozlarla məlumatlandırılmalıdır. Belə olan halda fermer daha rentabelli kənd təsərrüfatı malın becərəilməsinə üstünlük verər. Digər bir məsələ isə fermerlərin bazarlara yolun açılmasıdır. Bu gün Bakı bazarlarında demək olar ki, mal istehsalçıları satış apara bilmirlər. Bazarlar eyni adamlar tərəfindən zəbt olunur və kəndlidən ucuz alınan məhsulu 3-4 dəfə baha qiymtə satışa çıxarılır. Nəticədə il boyu torpaqda əziyyət çəkən kəndli güclə öz xərclərini ödəyir. Amma bazardakı satıcılar isə kifayət qədər böyük gəlir əldə edir. Bunun baş verməməsi üçün bazarlarda kənd təsərrüfatı məhsulları satanlara satdığı malın özünün istehsal etdiyi ilə bağlı arayış tələbi qoyulmalıdır. Belə olan halda bazarda qiymətlər açağı enə bilər.
Kənd təsəsrrüfatı sahəsində uğur qazanmaq üçün intensiv istehsal üsuluna keçmək vacibdir. Bu gün dünyada uğur qazanmış ölkələrdə də intensiv üsulla istehsal əsas yer tutur. Çünki, intensiv istehsal üzülları və müasir innovasiyaların kənd təsərrüfatına tətbiqi məhsuldarlığı bir neçə dəfə artırır. Məsələn, ənənəvi yolla taxıl istehsalı sahələrində orta məhsuldarlıq maksimum 30 sentnerə qaldırmaq mümkün olduğu halda müasir üsullarla taxıl istehsal olunan sahələrdə orta məhsuldarlıq 80 sentnerə çatdırmaq olur. Ona görə də innovasiyalı istehsalla kənd təsərrüfatı sahəsində uğur qazanmaq mümkündür. Digər bir məsələ isə emal sənayesinin inkişaf etdirilməsidir. Emal sənayesi olmadan kənd təsəsrrüfatı məhsulları itkisiz tədarük etmək mümkün deyil. Fermerlərə özünün istehsal etdiyi məsulu satışa çıxaranda alternativ imkanlar yaranmalıdır. Yəni daxili bazarda satışa, ixraca və emala yönəltmək imkanlar formalaşmalıdır. Təbii ki, bazar iqtisadiyyatında emal sənayesinin inkişlaf etdirilməsini sahibkarlar düşünməlidir. Dövlət sənaye müəsisələrinin yaradılmasına güzəştlər tətbiq edir. Sadəcə sahibkarlar bazarı düzgün müəyyənləşdrməli və emal sənayesinin inkişaf etdirilməssinə üstünlük verməlidirlər.
Dövlətimiz kənd təsərrüfatının inkişafı üçün kifayət qədər dəstək göstərir. Məsələn subsidiyalar verilir, kənd təsəəsrrüfatı texnikalara, cins mallara, keyfiyyətli toxumlara vəs. dəyərin 40%-i dövlət ödəyir. Güzəştli kreditlər verilir. Aqrar sahə torpaq vergisindən başqa bütün vergilərdən azad olunmuşdur. Beləliklə deyə bilərik ki, aqrar sahəsinin inkişafı üçün nə mümkündürsə bütün dəstək tədbirləri dövlət həyata keçirir. Sadəcə bu günün əsas problemlərinin kökündə fermerlərin vəziyyəti düzgün dəyərləndirməməsi və yaradılmış şəraitdən səmərəli istifadə olunmaması dayanır. Təbii ki, zaman keçdikcə bütün məsələlər öz yoluna düşəcək və ölkəmiz də kənd təsəsrrüfatı sahəsində özünü 100 % təmin edərək ixrac edən ölkəyə çevriləcəkdir”.