“Asiya uşaqları” beynəlxalq yarışda ölkəmizi təmsil edəcək gimnastlar bəlli olub

24 İyun 2024 16:44 (UTC+04:00)

Azərbaycanı Rusiyanın Yakutsk şəhərində keçiriləcək “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarının bədii gimnastika üzrə yarışında təmsil edəcək nümayəndə heyətinin tərkibi müəyyənləşib. Bu barədə SİA-ya Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Yarışda ölkəmizi məşqçi Nəzrin Cəfərzadənin rəhbərliyi altında Şəms Ağahüseynova və Sofiya Məmmədova təmsil edəcək. Hakim kimi isə Səbinə Hacıyeva iş başında olacaq.

Qeyd edək ki, “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunları iyunun 26-da başlayıb, iyulun 6-da yekunlaşacaq.