Prezident dövlət qulluqçularını təltif edib - SƏRƏNCAM

24 İyun 2024 14:59 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 216 nəfəri mükafatlandırıb. SİA xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı iyunun 24-də Sərəncam imzalayıb.

Sərəncama əsasən 2 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 35 nəfər “Tərəqqi” medalı, 177 nəfər isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Bundan başqa, dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 2 nəfərə “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilib.