Dağıstan rəhbəri Sergey Məlikov Dərbənd şəhərində olub

24 İyun 2024 12:51 (UTC+04:00)

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Dərbənd şəhərində olub. SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

O, terror hücumuna məruz qalan kilsə və sinaqoqa baş çəkib. Vəziyyəti yerində araşdıran Məlikov əraziyə baxış keçirib, aidiyyatı şəxslərdən məlumat alıb.

Qeyd edək ki, dünən axşam saatlarında Dərbənddə kilsə və sinaqoqa terror hücumu həyata keçirilib. Ölən və yaralananlar var.