Yeni mövsümünün püşkatma mərasiminin vaxtı bilinib

24 İyun 2024 12:08 (UTC+04:00)

Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib. SİA xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Tədbir iyulun 16-da AFFA-nın inzibati binasında baş tutacaq.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 2-də start götürəcək.