“Sumqayıt”- “Fehervar” oyununun keçiriləcəyi stadion bəlli olub

24 İyun 2024 11:56 (UTC+04:00)

“Sumqayıt”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstanın “Fehervar” komandası ilə keçirəcəyi ev oyununun stadionu bəlli olub. SİA-nın məlumatına görə, qarşılaşma, böyük ehtimalla, yenilənmiş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılacaq.

Artıq arenanın avrokubok oyunları üçün tələb olunan standartlara uyğunlaşdırılması üçün işlərə start verilib.

Qeyd edək ki, “Sumqayıt” “Fehervar”la ilk oyunu iyulun 25-də evdə, cavab matçını isə avqustun 1-də səfərdə keçirəcək.