“Həkimlərimizi tanıyın!” rubrikasında terapevt Nazilə Xəlilbəyovanı təqdim edirik

24 İyun 2024 10:55 (UTC+04:00)

“Həkimlərimizi tanıyın!” rubrikamızda sizə xoş, mehriban rəftarı ilə pasiyentlərin hörmətini və rəğbətini qazanmış Mərkəzi Gömrük Hospitalının terapevti Nazilə Xəlilbəyovanı təqdim edirik. SİA xəbər verir ki, dr.Nazilə Xəlilbəyova Mərkəzi Gömrük Hospitalında daxili orqanların, tənəffüs yolları orqanlarının, mədə-bağırsaq sistemi xəstəliklərinin diaqnostikası və adekvat müalicəsini həyata keçirir. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/nazile-xelilbyova/.

Dr. Nazilə Xəlilbəyova 1990-cı ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmiş və 1990-1991-ci illərdə M.Topçubaşov adına Elmi-Cərrahiyyə İnstitutunda internatura keçmişdir. Əmək fəaliyyətinə 1992-ci ildə başlayaraq, 2015-ci ilə qədər Nazilə həkim müxtəlif dövlət və özəl tibb müəssisələrində həkim-terapevt vəzifəsində çalışıb. Dr. Nazilə Xəlilbəyova 2016-cı ildən Mərkəzi Gömrük Hospitalında həkim-terapevt kimi fəaliyyət göstərir.

Dr. Nazilə Xəlilbəyova daim öz üzərində çalışan, ixtisasını artıran həkimdir. O, bir sıra xarici ölkələrdə olaraq təkmilləşdirmə kurslarında iştirak etmişdir. 1998-ci və 2000-ci illərdə Avstriyanın Zalsburq şəhərində “İlk tibbi yardım” kurslarında, 2001-ci və 2011-ci illərdə Türkiyənin İstanbul şəhərində "Daxili xəstəliklər" üzrə kurslarda iştirak edərək ixtisasını artırmışdır.