İki boksçumuz Avropa birinciliyinə qələbə ilə başlayıb - FOTO

24 İyun 2024 10:42 (UTC+04:00)

Azərbaycanın boksçuları - Kənan Aslanlı və Adil Zalov Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında keçirilən Avropa birinciliyinə qələbə ilə başlayıb. Federasiyadan SİA-ya verilən məlumata görə, K.Aslanlı (63 kq) 1/16 final çərçivəsində Uilliam Murla (İngiltərə) qarşılaşıb.

Döyüş 4:1 (29:27, 28*:28, 28*:28, 27:29, 28*:28) hesabı ilə Azərbaycan idmançısının xeyrinə yekunlaşıb. O, növbəti görüşdə irlandiyalı Eduard Hartla üz-üzə gələcək.

A.Zalov (66 kq) da adını 1/8 finala yazdırıb. O, startda gürcüstanlı Luka Mazanaşvilini mübarizədən kənarlaşdırıb – 3:1 (27:29, 30:26, 29:27, 28:28, 29:27). Bu boksçumuz da ikinci döyüşündə irlandiyalı idmançı ilə üz-üzə gələcək. Onun rəqibi Con Maher olacaq.

Hər 2 görüş iyunun 25-də baş tutacaq.

Qeyd edək ki, yarış iyunun 30-da başa çatacaq.