Xankəndi Şəhər Prokurorluğunun binası istifadəyə verilir

24 İyun 2024 09:39 (UTC+04:00)

Xankəndi Şəhər Prokurorluğunun inzibati binasının istifadəyə verilməsi ilə əlaqədar təntənəli tədbir keçirilir. Bu barədə SİA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Baş prokuror Kamran Əliyev, Baş Prokurorluğun rəhbər şəxsləri, deputarlar, QHT sədrləri və digər ictimaiyyət nümayəndələri iştirak edirlər.