Antalyada yenidən zəlzələ baş verib

24 İyun 2024 09:15 (UTC+04:00)

Türkiyənin Antalya vilayətində yenidən zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Kumluca rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.3 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 41.9 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.