Avro-2024: Macarıstanlı futbolçu oyun vaxtı huşunu itirib

24 İyun 2024 01:33 (UTC+04:00)

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının A qrupunun III turunda keçirilən Şotlandiya-Macarıstan oyununda xoşagəlməz hadisə baş verib. SİA xəbər verir ki, matçın 70-ci dəqiqəsində macarların hücumçusu Barnabaş Varqa ciddi zədə alıb.

Mübarizə zamanı rəqib qapıçı Anqus Qannla toqquşan hücumçu huşunu itirib və meydanı xərəkdə tərk edib.

Qeyd edək ki, Şotlandiyaya 1:0 hesabı ilə qalib gələn Macarıstan seçməsi 3 xalla qrupda 3-cü pilləyə yüksələrək 1/8 finala vəsiqə şansını saxlayıb.