Zaporojya AES-yə dron hücumları qəbuledilməzdir

24 İyun 2024 05:10 (UTC+04:00)

Zaporojye Atom Elektrik Stansiyasına (AES) dron hücumları qəbuledilməzdir və dayandırılmalıdır. SİA xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossinin təşkilatın saytında dərc olunmuş bəyanatında deyilir.

“Bunun arxasında kim dayanırsa, buna son qoymalıdır. Dronların zavoda və onun ətrafına qarşı tətbiqi getdikcə tez-tez baş verir. Bu, tamamilə qəbuledilməzdir və yekdilliklə qəbul edilmiş əsas təhlükəsizlik prinsiplərinə ziddir", - deyə Qrossi bildirib.

MAQATE-nin baş direktoru bunu Luç və Raduqa yarımstansiyalarına edilən hücumlar fonunda bəyan edib.