Tehran da “borclu qalmaq” istəmir..?

23 İyun 2024 20:05 (UTC+04:00)

Kanadanın təhlükəsizlik qüvvələri İran hökuməti tərəfindən terror təşkilatları siyahısına salınmalıdır.

SİA xəbər verir ki, “Nour News” agentliyinin məlumatına görə, İslam Respublikası parlamenti müvafiq təkliflə çıxış edib.

...Hökumətdən ordunu, eləcə də Kanada hökuməti ilə əlaqəli olan hərbi və təhlükəsizlik qüvvələrini terrorçular kimi təyin etməyi tələb edən təklif irəli sürülüb.

Bunu nəşr bildirib.

Bundan əvvəl Kanadanın hakimiyyət orqanlarının İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına əlavə etdiyi bildirilirdi.

Əli Babayev