Hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

23 İyun 2024 16:24 (UTC+04:00)

İyunun 23-25-də gündüz saatlarında bəzi dağlıq ərazilərdə küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq edilib. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya bildirilib ki, qısa müddətə Naxçıvan, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Qobustan, Xızı rayonlarında sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.