İsrail klubu “Sabah”a müraciət edib

23 İyun 2024 15:36 (UTC+04:00)

İsrailin “Makkabi” (Hayfa) klubu Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan “Sabah”a müraciət edib. SİA xəbər verir ki, Hayfa təmsilçisi Azərbaycan klubuna oyunların yerlərinin dəyişdirilməsi haqda təklif göndərib.

Belə ki, “Makkabi” tərəfi “Sabah”a püşkatmadan sonra məlum olduğu kimi, cavab oyunun deyil, ilk matçın Azərbaycanda keçirilməsini təklif edib. Üstəlik, maddi-texniki çətinliklər səbəbindən “Makkabi” ev matçını əvvəlcədən planlaşdırıldığı kimi, Macarıstanda deyil, Bolqarıstanda keçirmək niyyətindədir.

İkinci turun oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək.