Xəstəxananın həyətində atışma baş verib

23 İyun 2024 12:46 (UTC+04:00)

İstanbulda Sadi Konuk adına Təhsil və Araşdırma Xəstəxanası ilə Mazhar Osman Ruhi və Sinir Xəstəlikləri Xəstəxanasının birgə həyətində iki qrup arasında silahlı qarşıdurma baş verib. SİA xəbər verir ki, hadisə gecə saatlarında Bakırköydə yaşanıb.

Onlarla güllənin atıldığı insident zamanı dörd nəfər yaralanıb.

Hücum edənlər hadisə yerindən qaçıblar. Polis şübhəlilərin axtarışını davam etdirir.