Türkiyə mediası azərbaycanlı xanımın cəsarətindən danışır

23 İyun 2024 12:26 (UTC+04:00)

Türkiyənin Hakkari bölgəsinin Çukurca rayonunda 6 ildir Jandarmada xidmət edən azərbaycanlı qadın cəsarəti ilə diqqət çəkib. SİA xəbər verir ki, söhbət Sevinç Gökdən gedir.

Qonşu ölkə mediasının gündəmi olan azərbaycanlı qadının türkiyəli həyat yoldaşı Salih Gök də onunla eyni yerdə xidmət aparır.