Ucarda bəzi sürücülər barədə tədbir görülüb - FOTOLAR

23 İyun 2024 11:51 (UTC+04:00)

Ucar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb. Bu barədə SİA-ya DİN-in Mətbuat xidmətindən bildirilib.

Normadan artıq zəhərli qaz ixrac edən və atmosferi çirkləndirən avtomobilləri idarə edən sürücülərlə profilaktik söhbətlər aparılıb. Qayda pozuntusuna yol verən sürücülər barəsində inzibati tənbeh tədbiri görülüb.