Fələstin tərəfdarları qəribə etirazları ilə diqqət çəkib

23 İyun 2024 10:52 (UTC+04:00)

Fələstin tərəfdarı qrupun fəalları Kembric Universitetindəki Senat Evinin binasına qırmızı boya töküblər. SİA xəbər verir ki, qrup universiteti Fələstinə hücumlara şərait yaradan ortaqlıqlara sərmayə qoymaqda ittiham edib. Etiraz, gələn həftə binada keçiriləcək buraxılış mərasimi ərəfəsində keçirilib.

Kembric Universitetindən verilən rəsmi açıqlamada bu vandalizm aktı qətiyyətlə pislənib.