UEFA Xorvatiya milli komandasını cərimələdi

23 İyun 2024 10:21 (UTC+04:00)

UEFA Xorvatiya milli komandasını cərimələyib. SİA xəbər verir ki, qitə futbol qurumu Avropa çempionatının qrup mərhələsinin II turunda, Albaniya ilə matçda xorvatiyalı azarkeşlərin qeyri-etik davranışlarına görə yığmaya pul cəriməsi tədbiq edib.

Meydana yad əşyalar atması, pirotexniki vasitələrdən istifadə etməsi və təxribat xarakterli mesajlar səbəbindən Xorvatiya 28 min avro cərimələnib.

Qeyd edək ki, B qrupunun oyunları çərçivəsində baş tutan Xorvatiya - Albaniya matçı (2:2) heç-heçə yekunlaşıb.