Futbol üzrə Amerika Kubokunda daha iki oyun keçirilib

23 İyun 2024 09:32 (UTC+04:00)

ABŞ-də təşkil olunan futbol üzrə Amerika Kubokunda daha iki oyun keçirilib. SİA xəbər verir ki, B qrupunun görüşləri çərçivəsində Ekvadorla üz-üzə gələn Venesuela millisi (2:1) qələbə qazanıb.

Qrupun digər oyununda isə Meksika Yamayka yığmasından güclü olub - 1:0.

Qeyd edək ki, Amerika Kuboku iyulun 14-də başa çatacaq. Son olaraq Argentina yığması 2021-ci ildə turnirin qalibi olub.