"Beşiktaş" onun üçün 3 futbolçusundan keçir

23 İyun 2024 08:39 (UTC+04:00)

"Beşiktaş" "Sauthempton"un nigeriyalı ulduzu üçün qollarını çırmalayıb. Covanni Van Bronkxorstu baş məşqçi postuna gətirən "Qara-ağlar" Onuaçu üçün kisənin ağzını açdılar. SİA xarici mediaya istinadən xəbər verir ki, İstanbul təmsilçisi futbolçunun transferi üçün ingilis klubuna 15 milyon avro təklif edib. Xatırladaq ki, Onuaçu ötən mövsüm zədə səbəbindən uzun müddət meydandan kənarda qalıb. 25 matçda top qovan futbolçu 17 qola imza atıb.