Xarkovda yenidən silsilə partlayışlar baş verdi

23 İyun 2024 02:19 (UTC+04:00)

Xarkovda hava hücumu zamanı partlayış səsləri eşidilib. SİA xəbər verir ki, bu barədə Ukraynanın “Public” telekanalı məlumat yayıb.

"Xarkovda, ehtimal ki, şəhərdən kənarda silsilə partlayışlar baş verib", - məlumatda deyilir.

İyunun 22-də günortadan sonra Xarkov meri İqor Terekhov hava hücumu zamanı şəhərdə üç partlayışın baş verdiyini bildirib. Xarkov vilayətində həyəcan siqnalı səkkiz saatdan çox qüvvədə olub.

Həmin gün Ukraynanın Volın vilayətində yerləşən Lutsk şəhərinin hava limanı yaxınlığında partlayış baş verib.