Aqrar sığorta üzrə ekspert sertifikatı almaq istəyənlər imtahan verəcək

23 İyun 2024 06:58 (UTC+04:00)

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən, Aqrar Sığorta Fondunun keçirdiyi təlimləri müvəffəqiyyətlə başa vurmuş namizədlər üçün test imtahanı keçiriləcək. Bu barədə SİA-ya DİM-dən bildirilib.

Qeyd olunub ki, imtahan DİM-in elektron imtahanlar korpusunda keçiriləcək. Ünvan Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küç., 108.

İmtahana qeydiyyat 2024-cü il 14 may - 14 iyun tarixlərində aparılıb və bu müddət ərzində 48 namizəd müraciət edib.

İmtahan saat 10:00-da başlanır. Namizədlər şəxsiyyəti təsdiq edən sənədləri ilə birlikdə saat 09:00-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.

İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ni buradan çap edə bilərlər.