Rus bölmələri Volçanskdan qaçır..?

23 İyun 2024 00:25 (UTC+04:00)

...Rusiya Federasiyası döyüş qabiliyyətini qismən itirdiyinə görə Xarkov istiqamətində bölmələrini geri çəkməyə çalışır. Söhbət Volçansk, Tixoy və Qlubokoye ərazilərindən gedir. Bundan əvvəl analitiklər, Volçanskdakı Aqreqat Zavodunun ərazisində qalan 200 rus hərbçisinin əsas bölmələrlə əlaqələrinin kəsilməsi barədə bildirmişdilər. İddialara görə, hazırda onların arasında ölən və yaralananlar var.

Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin Volçanskın qərbində əks-hücum keçirməsi, nəticədə rusların Staritsadan geri çəkildiyi məlum olub.

SİA-nın əldə etdiyi məlumata görə, müvafiq məlumatı telemarafon zamanı “Xortitsa” OSGV-nin spikeri Nazar Voloşin bildirib.

Onun sözlərinə görə, dünən və bu gün düşmən Xarkov istiqamətində aktiv hərbi əməliyyatlar aparmayıblar.

Ukrayna hərbçiləri isə öz mövqelərini etibarlı şəkildə saxlayırlar.

...Buna baxmayaraq, ümumilikdə düşmən yaşayış məntəqələrinə zərbələr endirmək üçün aviasiya və raketlərdən istifadə edərək hücum cəhdlərindən əl çəkmir.

Bunu da Voloşin bildirib.

Ağasəf Babayev