Çin alman mallarının alışını azaldır...

23 İyun 2024 00:05 (UTC+04:00)

...Deməli, 2023-cü ilin may ayı ilə müqayisədə Almaniya ixracatı yenidən 6,4 faiz azalıb.

Qeyd olunur ki, bu müstəvidə Çinə ixrac xüsusilə kəskin şəkildə, demək olar ki, 14 faiz azalıb və beləliklə, Çin Almaniyanın “ən mühüm ticarət tərəfdaşı” olmaqdan çıxıb. Qeyd olunur ki, Pekinə səfərindən əvvəl almaniyalı vitse-kansler Robert Habek ölkəsinin mənfi tendensiyanı geri qaytara biləcəyinə elə də inmlı deyil.

SİA-nın əldə etdiyi məlumata görə, almanların həftəlik Die Zeit nəşri də digər ixrac istiqamətlərində vəziyyətin yaxşı olmadığını qeyd edir.

Beləliklə, nəşr xəbər verir ki, Almaniyadan Avropa Birliyi xaricindəki ölkələrə ixrac kəskin şəkildə azalıb, xüsusən də son vaxtlar Almaniya istehsalı olan malları daha az idxal edən Çin olub.

Belə ki, yuxarıda da qeyd edildiyi kimi, 2024-cü ilin may ayında Çin 2023-cü ilin may ayı ilə müqayisədə Almaniyadan 14 faiz az mal idxal edib.

Pul ifadəsində Almaniyanın Orta Krallığa ixracı 7,5 milyard avroya düşüb.

...Maraqlıdır ki, Çinə ixracın azalması tendensiyası üçün bir neçə səbəb göstərilir. Məsələn, Pekin indi əvvəllər Almaniyadan gətirilən yüksək keyfiyyətli məhsulları özü istehsal edir.

Bundan əlavə, alman firmaları istehsalı getdikcə birbaşa Çinə köçürür və Çinin iddia etdiyi Tayvanla bağlı mübahisə kimi siyasi gərginlik bu tendensiyanı daha da sürətləndirə bilər. Bunu da alman nəşri yazır.

...Mənfi ticarət tendensiyasının inkişafının nəticəsi o olub ki, Çin son 8 ildə ilk dəfə olaraq “Almaniyanın ən mühüm ticarət tərəfdaşı” olmaqdan çıxıb.

...Və Qlobal miqyasda Almaniyanın ixracı 2024-cü ilin may ayında 6,4 faiz azalıb. Avropa İttifaqından kənarda Almaniyanın ən mühüm tərəfdaşları azalan ardıcıllıqla ABŞ, Çin, İsveçrə, Türkiyə, Cənubi Koreya və Yaponiyadır.

Amma, qeyd edilməlidir ki, ABŞ-a Almaniya ixracı əhəmiyyətli dərəcədə, belə ki, 4,1 faiz artaraq 13 milyard avroya çatıb.

Ağasəf Babayev