Silva Türkiyə - Portuqaliya matçının ən yaxşısı seçildi

22 İyun 2024 22:45 (UTC+04:00)

Portuqaliya millisinin hücumçusu Bernardo Silva 2024-cü il Avropa çempionatının qrup mərhələsinin 2-ci turunun Türkiyə ilə oyununda ən yaxşı oyunçu seçilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, komandalar Dortmunddakı “Signal İduna Park” arenasında qarşılaşıblar. Matçı Feliks Zveyerin (Berlin, Almaniya) rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Qarşılaşma Portuqaliya yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.