“Zirə” Rusiya klubuna məğlub oldu

22 İyun 2024 22:25 (UTC+04:00)

Boluda təlim-məşq toplanışında olan “Zirə” ilk yoxlama oyununu keçirib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, komanda Rusiyanın “Orenburq” klubu ilə qarşılaşıb. Matç “Orenburq”un 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Zirə" iyunun 25-də Rumıniyanın “Hermanştadt” komandası ilə qarşılaşacaq.