Gürcüstanda 4,2 maqnitudalı zəlzələ olub

22 İyun 2024 20:46 (UTC+04:00)

İyunun 22-də günün ikinci yarısında Gürcüstanda zəlzələ baş verib.

SİA xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri Oni bələdiyyəsinin İri kəndi yaxınlığında yerləşir. Zəlzələnin maqnitudası 4,2 bal olub.